EN

İran İsraili hədələdi

“İsrail İrana hücum edərsə, daha sərt cavab veriləcək və onların bütün enerji infrastrukturu hədəfə alınacaq”.

"Cebheinfo.az" İRNA agentliyinə istinadən xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusu Ali Baş Komandanının müavini Əli Fədəvi deyib.

Bildirib ki, İsrail İrana hücum edəcəyi təqdirdə İsrailin bütün enerji və qaz obyektləri hədəfə alınacaq.

Qeyd edək ki, İsrail Baş naziri Benyamin Netanyahu xalqa müraciətində isə bildirib ki, İran “böyük səhvə yol verib” və onun ölkəsinə hücum etdiyinə görə bədəl ödəyəcək.

Xatırladaq ki, bir neçə gün öncə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) HƏMAS lideri İsmayıl Haniyə, “Hizbullah” lideri Həsən Nəsrullah və İnqilab Keşikçiləri Korpusunun komandiri Abbas Nilfuruşanın öldürülməsinə cavab olaraq İsrailə 200-ə yaxın ballistik raket atıb.

Chosen
14
cebheinfo.az

1Sources