EN

Livan-İsrail münaqişəsinin diplomatik yolla həlli yoxdur?

İsrail və Livan arasındakı münaqişənin həlli üçün hələlik diplomatik yol yoxdur. Bu barədə livanlı siyasətçi, Livan Mütərəqqi Sosialist Partiyasının rəhbərlərindən olan Zafer Nasser Rusiya mediasına açıqlamasında danışıb. 

“İsrail tərəfindən Livanın suverenliyinə təcavüz və qəsdləri dayandırmaq üçün hələlik heç bir diplomatik yol görünmür”, - deyə siyasətçi vurğulayıb.

Nasserin sözlərinə görə, İsrailin baş naziri Benyamin Netanyahu münaqişənin həllində beynəlxalq vasitəçilərə məhəl qoymayaraq Livandakı hərbi əməliyyatı məhdudlaşdırmağı planlaşdırmır.

Xatırladaq ki, oktyabrın 1-də İsrail Silahlı Qüvvələri Livanda fəaliyyət göstərən iranyönümlü "Hizbullah" təşkilatının "obyektlərini və infrastruktrunu sıradan çıxarmaq" məqsədilə quru əməliyyatına başlayıb. Əməliyyat çərçivəsində təşkilatın bir çox ali hərbi komandiri aradan götürülüb.

Tural

Chosen
21
news365.az

1Sources