EN

Binəqədidə “Qalib ölkənin qalib gəncləri” adlı konfrans - Fotolar

Oktyabrın 3-də Binəqədi Rayon İcra Hakimiyyətndə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 2023-2024-cü ili əhatə edən tədris dövründə Binəqədi rayonunda fəaliyyət göstərən orta ümumtəhsil müəssisələrində təhsil ilinin yekunlarına və 5 Oktyabr- “Beynəlxalq Müəllimlər Günü”nə həsr olunmuş “Qalib ölkənin qalib gəncləri” adlı təhsil konfransı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, konfransda Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, millət vəkilləri, RİH başçısı Aparatının şöbə müdirləri, şəhid ailələri, qazilər, orta ümumtəhsil məktəblərinin direktorları, müəllimlər, tələbələr, rayon ictimaiyyəti iştirak ediblər.

Təhsilin insan həyatındakı önəmindən söz açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev çətin bilik yarışmasından qalib çıxaraq tələbə adını qazanan bütün orta məktəb məzunlarını və təhsil işçilərini bu böyük uğur münasibətilə ürəkdən təbrik edərək  qeyd etdi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hər zaman milli təhsilimizin və elmin inkişafına, gənclərimizin yüksək səviyyədə təhsil alması üçün xüsusi diqqət və həssaslıqla yanaşıb. Müasir dövrümüzdə  Azərbaycanda elmin və təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahəni dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Həmçinin, təhsil işçilərinin əməkhaqqının artırılması, onların mükafatlandırılması, fəxri adlarla təltif edilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi, müasir standartlara uyğun yeni məktəb binalarının inşa edilərək istifadəyə verilməsi istiqamətində görülən işlər Azərbaycanda təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmasının bariz nümunəsidir.

Sonda təhsil sahəsində əldə etdiyi yüksək nailiyyətlərə görə-ali məktəblərə qəbul imtahanı zamanı 650 baldan daha yuxarı nəticə göstərdiyinə görə, ümumi təhsili xüsusi nailiyyətlə başa vurduğuna görə-“Qızıl medal nişanı ilə təltif olunanlar”, “Respublika fənn olimpiadalarında qazandığı yüksək nəticəyə görə”, “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda təşkil edilən “Ən yaxşı təqdimat” müsabiqəsində qazandıqları yüksək nəticəyə görə”, “rəhbəri olduğu sinif ali məktəblərə qəbul imtahanlarında 100% nəticə göstərdiyinə görə”, Binəqədi rayonu üzrə 9-cu sinif buraxılış imtahanlarının ümumi göstəricilərinə əsasən fərqləndiyinə görə və 5 Oktyabr – “Beynəlxalq Müəllimlər Günü”  münasibətilə  bir sıra gənclər və təhsil işçiləri təltif ediliblər.









Chosen
5
1
qafqazinfo.az

2Sources