EN

Nəsimi rayonunun bir qrup sakini Birinci vitse-prezidentə və "İDEA" İctimai Birliyinin sədrinə müraciət ünvanlayıb

Bakı şəhəri, Süleyman Rüstəm küçəsi, ev 33, 33a və 33b binalarının sakinlərini Azərbaycan Respublikasının Vitse Prezidenti Mehriban xanım Əliyevaya və "İDEA” ictimai Birliyinin rəhbəri Leyla xanım Əliyevaya müraciət edib...

Müraciətdə deyilir:

Hörmətli Mehriban xanım,

Hörmətli Leyla xanım!

Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsində yerləşən 33 nömrəli binanın bir qrup sakini 30.05.2023-cü il tarixində Sizə və yuxarıdakı instansiyalara yaşadığımız bina və onun həyatyanı sahəsinin acınacaqlı vəziyyəti haqqındakı müraciətimizə hec bir məhəl qoyulmadığı ücün təkrar Sizə müraciət edərək bildiririk ki, bina 1960-cı ildə tikilmiş, 11 blok və 165 mənzildən ibarət olaraq, əslində üç binanın (A, B, C) birləşməsi kimi inşa edilmişdir. Hər mənzildə ortalama 5 nəfərin olması hesabı ilə binalarda hal-hazırda 800 nəfərdən artıq insan yaşayır. Lakin əfsuslar olsun ki, bu qədər insanın yaşadığı binada və onu əhatə edən ərazidə Azərbaycan Respublikası vətəndaşının layiq olduğu yüksək səviyyəli yaşayış və istirahət şəraiti yaradılmamışdır.

Nəzərə alsaq ki, bina şəhərin mərkəzində ABŞ səfirliyinin və bir sıra universitetlərin (Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universitetinin) yaxınlığında yerləşir, bu da Respublika rəhbərliyinin 2024-cü ilin noyabr ayında Bakı şəhərində baş tutacaq Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına (COP-29) hazırlıq tədbirləri üzrə verdiyi tapşırıqlara müvafiq olaraq, Bakı şəhərində prospektlərin, küçələrin, yaşayış və qeyri-yaşayış binalarının, həyətlərin, parkların abadlaşdırılması, təmiri və bərpası üzrə ğörülən işlərə kölgə salır.

Son illərdə Azərbaycan Respublikasında, xüsusi ilə onun paytaxtı Bakı şəhərində "H.Əliyev Fondunun” vitse prezidenti Leyla Əliyevanın şəxsi təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən "İDEA” layihəsi üzrə şəhərimizdə bir çox binalar, məhəllələr, həyətlər abadlaşdırılmış, uşaq və idman meydançaları inşa edilmişdir. O cümlədən, 2020-ci ildə yaşadığımız Süleyman Rüstəm küçəsində, eynilə bizim binanın qonşuluğunda yerləşən 35 və 37-ci binalar yüksək səviyyədə əsaslı təmir olunmuş, 33-cü binanı daha sonra təmir edəcəklərini bildirmələrinə baxmayaraq bir nəticə olmadı. Naməlum səbəblərdən 33 nömrəli binaya və onun sakinlərinə elə o zaman ögey münasibət göstərilmişdir.

Daha sonra, bizim binanın sakinlərinin xahişlərinə heç kimin məhəl qoymadığı bir vaxtda, 2024-cü ilin yanvar ayında yaxınlıqda, elə Süleyman Rüstəm küçəsinin Bakıxanov küçəsi ilə kəsişməsində yerləşən 42 nömrəli binanın (təcili yardım stansiyası və 5 nömrəli poliklinikanın yerləşdiyi binanın) həyəti yüksək səviyyədə təmir olunaraq sakinlərin istfadəsinə verilmişdir. Hal-hazırda, ümidi hər yerdən üzülmüş, səslərininə heç kimin səs vermədiyi 33 nömrəli binanın sakinlərinin yeganə arzusu yeni təmir olunmuş həyətlərdə quraşdırılmış oturacaqların heç olmazsa bir neçəsini öz həyətlərində görməkdir.

Nəzərinizə çatdırırıq ki, bina inşa edildiyi vaxtdan keçən dövr ərzində burada heç bir təmir işləri aparılmamış, kommunal qurğular yenilənməmişdir. Binanın pilləkən qəfəsələrində suvaq qatı bir çox yerlərdə aşınaraq tökülmüş, pencərələrin taxta çərçivələri keyfiyyətini itirmiş, şüşələr sınmışdır. Blokların bir çoxunda giriş qapıları ümumiyyətlə yerində yoxdur, olan taxta qapılar sınmış vəziyyətdədir. Çuqun materialdan hazırlanmış kanalizasiya boruları xidmət müddətini çoxdan başa vurduğundan çirkab suyun tez-tez mənzillərdən pilləkən qəfəsələrinə xaricə sızması baş verir. Binanın zirzəmi və dam hissəsindən keçən istilik sisteminin metal boruları korroziyaya uğradığından isitmə mövsümü ərzində bir neçə dəfə sıradan çıxaraq mənzillərin istilk təminatını pozur. Binada təmir işləri yalnız sakinlərin hesabına aparılır, müvafiq qurumlar bu işlərdə iştirakdan bacardıqca yayınırlar.

Bundan əlavə, 2000-ci ildə zəlzələ zamanı və 2004-2005-ci illərdə yaxınlıqda hündürmərtəbəli binaların özülləri qazılarkən yaşadığımız bina güclü silkələnməyə və təkanlara məruz qalmış divarlarda çatlar yaranmışdır. Bina inşa edildiyi vaxtdan xarici fasadına suvaq qatı vurulmadığından, daşlar arasında boşluqlar yaranmış binanın xarici görünüşü qeyri-qənaətbəxş vəziyyətə düşmüşdür.

Binanın qarşısında yerləşən həyətdə abadlıq işləri aparılmadığından baxımsız vəziyyətdədir. Binanın sakinlərinin istirahəti, asudə vaxt keçirməsi üçün heç bir şərait yoxdur. Keçmişdə idman oyunları üçün istifadə olunmuş meydança avtomobillərin dayanacağına çevrilmişdir. Binada yaşayan sakinlər azyaşlı uşaqlarını qonşu binaların həyətlərinə aparmağa məcbur olurlar. Həyətdə 40-50 il əvvəl əkilmiş yaşlı ağaclarda heç bir budama işləri aparılmadığından hündür ağaclar qırıldıqda sakinlər, xüsusi ilə azyaşlı uşaqlar və avtomobillər üçün təhlükə yaranır. Halbuki, bu ağaclar qorunmalı və onlara qulluq göstərilməlidir, çünki onlar şəhərin ekoloji sisteminin tənzimləsi ilə yanaşı binanın bünövrəsinin qorunmasında mühüm rol oynayırlar. Binanın həyətində Sovet İttifaqı dönəmində quraşdırılımış xarici işıqlandırma dirkləri nasaz vəziyyətdə olduğundan gecə vaxtında qaranlıq zülmət hökm sürür.

Hörmətli Mehriban xanım,

Hörmətli Leyla xanım!

Sizdən xahiş edirik ki, bizim bir Azərbaycan Respublikası vətəndaşı olaraq, təhlükəsizlik, sağlam mühütə olan hüququmuzun pozulmasına yol verməyəsiniz. Yaşadığımız 33 nömrəli binanın təmir edilməsi və həyətyanı sahənin abadlaşdırılmasına köməklik göstərməyinizi Sizdən xahiş edirik.

Fotolar

Poliqon.info

Chosen
9
poliqon.info

1Sources