EN

Gələn 2 il ərzində dünya istixana qazı emissiyaları barədə daha çox məlumat əldə edəcək - Ətraf Mühitin Mühafizəsi üzrə Fond

Bakı. Trend:

Gələn 2 il ərzində dünya istixana qazı emissiyaları barədəəvvəllər olmadığı qədər daha çox məlumat əldə edəcək.

Trend xəbər verir ki, bubarədə Ətraf Mühitin Mühafizəsi üzrə Fondunun baş elmi işçisi vəbaş vitse-prezidenti Stiven Hamburq Bakıdakı “iqlim dəyişmələri iləmübarizə üzrə Fəaliyyət Həftəsi"nin son günü çərçivəsində "İstixanaqazı emissiyaları anlayışımızda inqilab: empirik məlumatların, süniintellektin və qabaqcıl analitikanın rolu" mövzusunda keçirilənpanel müzakirəsində bildirib.

Hazırda lazımi dəyişiklikləri stimullaşdırmaq üçün istixana qazıemissiyaları barədə kifayət qədər məlumatımız yoxdur. Bizə bir növ"məlumat fabriki" lazımdır ki, burada hər kəs tullantılarla bağlıməlumatları asanlıqla tapa bilsin və onların harada baş verdiyinianlasın, beləliklə də, tullantıları iqtisadi cəhətdən səmərəliyollarla azaltmaq üçün tədbirlər görə bilsin.

Biz gerçək bir inqilab dövrünə qədəm qoyuruq. Gələn 2 il ərzindəbiz istixana qazı emissiyaları barədə əvvəllər olmadığı qədər dahaçox məlumat əldə edəcəyik və bu məlumatlar yüksək keyfiyyətə malikolacaq. Biz bu imkandan yararlanmalı və məsələyə yanaşmamızıyenidən gözdən keçirməliyik. Sensorlar, peyk texnologiyaları vədünya üzrə əlçatan innovasiyalar sayəsində, indi 10 il əvvəlağlımıza belə gəlməyən alətlərə sahibik", – o vurğulayıb.

S.Hamburq, həmçinin, bu günə qədər bu məlumatların əhəmiyyətlibir hissəsinin geniş ictimaiyyətə açıq olmadığını qeyd edib.

"Biz bu məlumatları açıq etməliyik", – o əlavə edib.

Chosen
8
1
az.trend.az

2Sources