EN

Aİ Çindən gələn elektromobillərə əlavə gömrük rüsumları tətbiq edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa Parlamentində Çindən gətirilən avtomobillərə 45 faizədək əlavə gömrük rüsumunun tətbiqini nəzərdə tutan qanun layihəsi qəbul edilib.

Banco.az xəbər verir ki, prosesə yaxından bələd olan mənbələrin məlumatına görə, Avropa İttifaqı (Aİ) cümə günü Çindən gələn elektromobillərə 45 faizə qədər əlavə gömrük rüsumunun tətbiqi üçün səsvermə keçirib.

Bu addımın Pekinlə ticarət gərginliyini artıracağı gözlənilir.

Adının açıqlanmasını istəməyən mənbələr bildiriblər ki, blokun icraedici qolu olan Avropa Komissiyası hazırda beş illik vergilər tətbiq etməyə davam edə bilər.

Qeyd edək ki, bir sıra ölkələr səsvermədə bitərəf qalıb. 

Ən sərfəli kredit üçün müraciət et

Chosen
11
banco.az

1Sources