EN

Viktor Orban Aİ-nin iqtisadi kursunu soyuq müharibə adlandırıb

Viktor

Bakı, 4 oktyabr, AZƏRTAC

Avropa İttifaqı iqtisadi soyuq müharibə aparır, bununla da öz inkişafını məhdudlaşdırır və rəqabət qabiliyyətini azaldır.

AZƏRTAC xəbər verir ki, bu fikri Macarıstanın Baş naziri Viktor Orban “Kossuth” radiosunun efirində Çin elektromobillərinə Aİ-də daimi rüsumlarının tətbiqi perspektivini şərh edərkən səsləndirib.

“İqtisadi soyuq müharibə Macarıstan üçün böyük təhlükədir, çünki bu, ilk növbədə bizə, bizim ixracyönümlü iqtisadiyyatımıza təsir edir”, - deyə o vurğulayıb.

Bundan əvvəl Macarıstanın xarici işlər naziri Peter Sijyarto bildirmişdi ki, Budapeşt Aİ-nin Çindən gətirilən elektrik avtomobillərinə kompensasiya tədbirlərinin tətbiqi təşəbbüsünü dəstəkləməyəcək.

Avropa Komissiyası iyulun 4-dən Çin avtomobillərinə müvəqqəti rüsumların tətbiq edildiyini, noyabrın 4-dən isə rüsumların daimi olaraq tətbiq olunması təklifini açıqlayıb. Belə ki, “BYD” elektromobillərinə rüsum 17 faiz, “Geely” üçün 19,3 faiz, “SAIC” üçün 36,3 faiz təşkil edəcək. “Avropa Komissiyasının təhqiqatı ilə əməkdaşlıq edən” bütün digər şirkətlərin məhsulları üçün rüsum 21,3 faiz, əməkdaşlıq etməyənlər üçün 36,3 faiz müəyyən edilib. Yeganə istisna Çində istehsal olunan “Tesla” elektrik avtomobilləridir. Avropa Komissiyası onun üçün rüsumları təxminən yarıya qədər – 9 faizə endirib.

Çin artıq Ümumdünya Ticarət Təşkilatında Avropa Komissiyasının bu təşəbbüsünə etiraz edərək, Avropa İttifaqı ilə məsləhətləşmələr üçün sorğu göndərib.

Chosen
8
azertag.az

1Sources