EN

Sentyabrda Türkiyədə ən çox hansı avtomobillər satılıb? - FOTO

Türkiyədə sentyabr ayında ən çox satılan avtomobillərin adı bəlli olub.

Hit.az xəbər verir ki, bu barədə Avtomobil Distribyutorları və Mobillik Dərnəyi məlumat (ODMD) məlumat yayıb.

Bildirilib ki, ötən ay qardaş ölkədə toplamda 85 min 540 ədəd avtomobil satılıb. Satılan vasitələr arasında 9 min 683 satışla "Renault" birinci sırada qərarlaşıb. "Fiat" 7 min 721 satışla ikinci, "Ford" isə 7 min 351 satışla üçüncü yerdə gəlib. 

Maraq üçün qeyd edək ki, uzun müddət sonra "Chery" brendi ilk onluğa daxil ola bilməyib. Sözügedən avtomobillər ən çox satılanlar siyahısında 3 min 215 satışla 12-ci olub. "TOGG" isə satış rəqəmlərini açıqlamadığı üçün siyahıda yer almayıb.

Sözügedən siyahının olduğu fotonu təqdim edirik:

Pərviz

359410

Chosen
14
hit.az

1Sources