15 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində bu gün üçüncü – sonuncu oyununu keçirəcək.
QOL.az xəbər verir ki, komanda ABFF Təlim-Məşq Mərkəzində Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Qeyd edək ki, millimiz turnir çərçivəsində Belarus (1:2) və Rusiya (1:3) yığmaları ilə qarşılaşıb.