EN

İspaniya nəhəngi axtardığını İngiltərədə tapdı

Müdafiəni gücləndirməyə çalışan "Atletiko Madrid" axtardığını İngiltərədə tapıb. 

Fanat.Az xəbər verir ki, İspaniya nəhəngi "Çelsi"nin ayrılmağa hazır olduğu Ben Çiluelin xidmətinə ciddi maraq göstərir.

Məlumatı "TEAMtalk" yayıb. Xəbərə görə, ingilislər bu mövsüm cəmi 45 dəqiqə oynayan Çiluel ilə yollarını ayırmaq niyyətində olduğu üçün madridlilərlə anlaşmanın baş tutmaq ehtimalı çoxdur. 27 yaşlı futbolçunun Entso Mareskanın planlarında olmadığını bilən "Atletiko" qiyməti mümkün qədər aşağı salmağa çalışır.

"Çelsi" Çilueli 2020-ci ilin yayında "Lester"dən 50 milyon 200 min avroya transfer edib. 

Mirağa

Chosen
13
fanat.az

1Sources