Mark Zukerberq sərvət yarışında Cef Bezosu qabaqlayıb.

İndex.az xəbər verir ki, “Bloomberg Milyarderlər İndeksi”nə görə, “Meta” şirkətinin baş direktoru Mark Zukerberq dünyanın ikinci ən varlı adamı olub.

Belə ki, “Meta” şirkətinin rəhbəri Mark Zukerberqin sərvəti 206 milyard dollara çataraq “Amazon”un qurucusu Ceff Bezosun sərvətini ötüb.

Qeyd edək ki, “Tesla”nın baş direktoru İlon Mask 256 milyard dollarlıq sərvəti ilə birinci, Ceff Bezos 205 milyard dollarlıq sərvəti ilə üçüncüdür.