EN

Azərbaycanla İtaliya şirkəti arasında yeni əməkdaşlıq perspektivləri müzakirə olunub

Azərbaycanla İtaliya şirkəti arasında yeni əməkdaşlıq perspektivləri müzakirə olunub.

"Operativ Media" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X"də bildirib.

"Ölkəmizin "yaşıl artım" və dayanıqlı inkişaf məkanına çevrilməsi prioritetinin reallaşdırılmasında xarici şirkətlərlə fəal əməkdaşlığımız davam edir.

SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə "Technip Energies" şirkətinin İdarə Heyətinin üzvü və biznes üzrə baş direktoru Marko Villa ilə keçirdiyimiz görüşdə birgə icra edilən layihələr, aşağı karbonlu biznes həllərinə keçid və yeni əməkdaşlıq perspektivləri barədə fikirlərimizi bölüşdük", - nazir qeyd edib.

Chosen
17
11
operativmedia.az

10Sources