AZ

Mikayıl Cabbarov Sultan Əbdülrəhman Əl-Marşad ilə görüşdü

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə İnkişaf Fondunun baş icraçı direktoru Sultan Əbdülrəhman Əl-Marşad ilə görüşüb.
Oxu.Az xəbər verir ki, o, bu barədə öz "X" hesabında paylaşım edib.
Nazir Sultan Əbdülrəhman Əl-Marşad və həmkarlarını ölkəmizdə qarşılamaqdan məmnun olduğunu qeyd edib.
"Fondun dəstəyi ilə ölkəmizdə həyata keçirilmiş layihələrin əhəmiyyətini vurğuladıq, prioritet sahələr üzrə yeni əməkdaşlıq imkanlarının dəyərləndirilməsini və biznes vahidləri ilə əlaqələrin müxtəlif istiqamətlərdə genişləndirilməsini müzakirə etdik", - deyə nazir bildirib.
Seçilən
4
11
oxu.az

10Mənbələr