EN

Qətiyyətli, müdrik və uzaqgörən siyasətin təntənəsi

Bakı. Trend:

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyiilə hərb meydanında qazandığımız zəfərlər bu gün quruculuq vədiplomatiya sferalarında uğurla davam etdirilməkdədir

Oktyabr ayı Azərbaycan xalqı üçün təqvimdə əsasən qələbələr ayıkimi işarələnmişdir. Çünki 44 günlük İkinci Qarabağ müharibəsindəŞuşadan başqa digər şəhərlərimiz məhz oktyabr ayında döyüş yolu iləişğaldan azad olunmuşdur. Şəhərlərimizin bir-birinin ardınca gerialınması ordumuzun hərbi əməliyyatlarının gedişatına əhəmiyyətlitəsir göstərmiş və nəticə etibarilə cənab Prezident İlham ƏliyevinMüzzəfər Ali Baş Komandanlığı ilə torpaqlarımızın işğaldan azadolunması kimi tarixi və milli vəzifə uğurla yerinəyetirilmişdir.

Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 4 il ötür

Ümumiyyətlə hər bir şəhər və rayonumuzun, kənd və qəsəbəmizinazad olunması Vətən müharibəsi tarixinin qəhrəmanlıq və şərəfsəhifələridir. Müharibənin ilk günlərində Füzuli və Cəbrayılınkəndləri, o cümlədən Suqovuşan kəndi və Murov zirvəsi ordumuztərəfindən düşməndən azad edilmişdi. Bütün bunların ardınca oktyabrayının 4-də Cəbrayıl şəhərinin də işğaldan azad edilməsirespublikamızda əsl bayrama çevrilmişdi. Yaxşı xatirimizdədir ki,2020-ci ilin oktyabr ayının 4-də Prezident İlham Əliyevin Cəbrayılşəhərinin və rayonun daha 9 kəndinin azad olunması barədəmüjdəsindən sonra insanlar sevinclə küçələrə axışmışdılar. Həminvaxt müzzəfər hərbçilərimizin Cəbrayıldan Ali Baş Komandan İlhamƏliyevə verdikləri qələbə raportunu qürurla izləmiş, duyğulanmış,Prezidenimizlə, ordumuzla, xalqımızla fəxr etmişdik. Vətənmüharibəsinin ilk həftəsinə təsadüf edən bu hadisə xalqımızınqələbə ovqatını daha da yüksəltmiş, döyüşən hərbçilərimizə böyükruh vermiş, tarixi Zəfərə olan əminliyimizi daha da artırmışdı.

Bu gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 4 il ötür.Cəbrayıl 44 günlük müharibədə işğaldan azad edilən ilk şəhərdir.Şəhərin azad olunması Vətən müharibəsinin gedişində həlledici amiləçevrilərək, ordumuzun gələcək hərbi əməliyyatlarının da uğurlakeçirilməsi üçün mühüm stimul olmuşdu. Düzdür, bundan bir gün əvvəldüşmən Suqovuşan kəndi kimi strateji məntəqədən çıxarılmışdı.Cəbrayıl isə şəhər və rayon mərkəzi olduğu üçün onun azad edilməsiSilahlı Qüvvələrimizin müharibənin ilk həftəsində qazandığı ilkmühüm strateji uğur kimi Vətən müharibəsinin gedişinə əhəmiyyətlidərəcədə təsir göstərmişdi. İşğal edilmiş ərazilərimizdəki düşmənqoşunlarının ilk dəfə böyük masştabda darmadağın ediməsi də məhzhəmin günlərə təsadüf etmişdi.

Bu qələbə estafeti Vətən müharibəsinin sonrakı günlərindədüşmənin xüsusilə gücləndirilmiş şəkildə müdafiə etdiyi Hadrutqəsəbəsinin, Füzuli, Zəngilan və Qubadlı şəhərlərinin və burayonların yüzlərlə kəndinin azad olunması ilə davam etdirildi.2020-ci il noyabr ayının 8-də Qarabağın tacı olan Şuşanın müzəffərordumuz tərəfindən azad edilməsindən sonra Ermənistanınkapitulyasiya etməkdən başqa yolu qalmadı və bu tarix təqviməxalqımızın Zəfər Günü kimi həkk olundu. Ermənistanın imzalamağaməhkum və məcbur olduğu 10 noyabr tarixli üçtərəfli bəyanataəsasən, Ağdam, Kəlbəcər və Laçın rayonlarının qan tökülmədən təhvilverilməsi isə Azərbaycanın parlaq qələbəsinin növbəti siyasi-hərbitəzahürünə çevrildi.

Azərbaycanın yaratdığı reallıqlar

Vətən müharibəsindəki Zəfər bəlli həqiqətlərə yeni işıq saldı.Belə ki, 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın sürətləazad edilməsi ilk növbədə Prezident İlham Əliyevin müdrik vəuzaqgörən siyasətinin, inkişaf strategiyasının, xarici siyasətkursunun düzgünlüyünün təsdiqi oldu. Başqa cür desək, Vətənmüharibəsindəki qələbə dövlətimizin başçısının həyata keçirdiyiinkişaf siyasətinin, Silahlı Qüvvələrimizin döyüş imkanlarınınmodernləşdirilməsi işlərinin, Ermənistanın işğal siyasətininbeynəlxalq səviyyədə ifşası ilə bağlı reallaşdırılan çeviksiyasi-diplomatiyanın təntənəsinə çevrildi. Bu gün dönüb tarixəekskurs edəndə görürük ki, cənab İlham Əliyevin rəhbərliyi iləmüxtəlif sahələr üzrə qazandığımız uğurlar vəhdət təşkil edərəktorpaqlarımızın işğaldan azad olunacağı günü yaxınlaşdırmış və 44günlük müharibədəki zəfərimizi təmin etmişdir.

Azərbaycan dövləti Vətən müharibəsininin nəticəsi olaraq yenireallıqlar yaratmışdır. Əlbəttə ki, ən böyük reallıq 30 ilə yaxınişğal altında da olan torpaqlarımızın işğaldan azadedilməsidir.
Bu qələbənin başqa bir reallığı Azərbaycanın regionda və dünyadakınüfuzunun yüksəlməsidir. 2020-ci ilin sentyabrına qədər də ölkəmizregionun aparıcı subyekti idi. İndi isə Azərbaycan qlobal səviyyədəhəm də müharibədə qalib gəlmiş ölkə kimi tanınır.

Müharibədən sonra yaranan başqa bir reallıq isə işğaldan azadolunmuş torpaqlarımızın bərpası və yenidən qurulmasıdır. 30 iləyaxın işğal altında qalan torpaqlarımız indi Prezident İlhamƏliyevin quruculuq əzmi ilə bərpa olunur, bu torpaqlarda yenidənhəyat qaynamağa başlayır. Azərbaycan 1 Livan və 4 Lüksemburq qədərbir ərazini yenidən qurur. 10 min kvadratkilometrdən çox olanərazidə 8 şəhər baş plan əsasında yenidən qurulur, onlarla kəndsalınır, hərtərəfli infrastruktur yaradılır, müasir yollar çəkilir,elekrik stansiyaları, yarımstansiyaları və beynəlxalq havalimanları tikilir. İndiyədək 8 min nəfərdən artıq keçmiş məcburiköçkün Qarabağ və Şərqi Zəngəzura qayıtması göstərir ki, BöyükQayıdışa dair I Dövlət Proqramı ilə qarşıya qoyulan vəzifələrinicrası sürətlə davam edir.

Xüsusilə qeyd edilməlidir ki, Qarabağ və Şərqi ZəngəzurAzərbaycanın özünün daxili imkanları hesabına yenidən qurulur.İndiyədək bu məqsədlər üçün 17,5 milyard manatın ayrılmasıdövlətimizin iqtisadi gücünün, Prezident İlham Əliyevin düşünülmüşiqtisadi siyasətinin göstəricisidir.

Azad edilmiş ərazilərin iqtisadi potensialı hərəkətəgətirilir

Möhtərəm Prezidentimizin yaratdığı bu reallıqları isə heç birqüvvə dəyişə bilməz. Vətən müharibəsindən ötən dövrün reallıqlarıda bunu təsdiq edir. Bu reallıqların ən böyük nümunəsi isə 2023-cüilin antiterror tədbirlərində bütün ərazilərimiz üzərində millisuverenliyimizin təmin olunması, Qarabağdakı erməni separatizminəson qoyulması, ərazi bütövlüyümüzün bərpa edilməsidir. Bu baxımdanPrezident İlham Əliyev torpaqlarımızı işğaldan azad etməklə yanaşı,həm də 200 illik erməni separatizminə son qoymuş birsərkərdədir.

Azərbaycanın bütün bölgələri kimi Qarabağ və Şərqi Zəngəzurun daböyük iqtisadi potensialı var. Böyük məmnunluqla qeyd etməliyik ki,işğaldan azad edilmiş bərpası prosesində bu bölgələriniqtisadiyyatının dirçəldilməsi, geri dönən əhalinin məşğulluğununtəmin edilməsi məqsədilə istehsal və xidmət sahələrinin yaradılmasıprioritet vəzifələr kimi müəyyən edilmişdir. İndiyə kimi buməqsədlə Ağdam Sənaye Parkının, Laçın Aqro və Sənaye ParkıParkının, Zəngilanda “Dost Aqropark”ın və digər bu qəbildən olaniqtisadi fəaliyyət sahələrinin yaradılması təsdiq edir ki, azadedilmiş ərazilərin iqtisadi potensialının hərəkətə gətirilməsi,Qarabağ və Şərqi Zəngəzurun respublikamızın iqtisadiyyatınainteqrasiya olunması ilə bağlı işlər sürətli və səmərəlidir.

Bu sahədə həyata keçirilən mühüm layihələrdən biri də Cəbrayılrayonu ərazisində Prezident İlham Əliyevin 4 oktyabr 2021-ci iltarixli Fərmanı “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkınınyaradılmasıdır.

Öncə onu qeyd edim ki, Sənaye Parkı yeni salınan magistralavtomobil yolu və dəmir yollarının üzərində yerləşir ki, bu da onunfəaliyyəti üçün əlverişli imkanlar yaradır. Çünki logistik imkanlarbaxımından əlverişli ərazidə yerləşmə investorların marağını cəlbedən əsas məqamdır. Bu baxımdan “Araz Vadisi İqtisadi Zonası”Sənaye Parkının yaradılması Şərqi Zəngəzurda iqtisadi inkişafıntəmin edilməsi yönündə verilən düzgün qərardır.

200 hektar ərazini əhatə edən “Araz Vadisi İqtisadi Zonası”Sənaye Parkında logistika və ticarət mərkəzi, anbar kompleksləri,topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük,yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiriməntəqələrinin yaradılması planlaşdırılır. Sənaye Parkında tikintiüçün üzlük və izolyasiya materialları, müxtəlif qatqı maddələri,metal konstruksiya istehsalı müəssisələrinin yaradılması nəzərdətutulur. Parkın ərazisində, həmçinin kənd təsərrüfatı məhsullarınınqablaşdırılması, meyvə-tərəvəz konservləri, süd və ət məhsullarıistehsalı və emalı, şərab, yem, gübrə istehsalı, ipəkçilikmüəssisələrinin, soyuducu kameraların qurulması, kiçik istehsal vəxidmət sahələrinin yaradılması planlaşdırılır.
Bu gün cənab Prezident tərəfindən “Araz Vadisi İqtisadi Zonası”Sənaye Parkının yaradılması barədə Fərmanın imzalanmasının 3 ilitamam olur. 3 il böyük zaman kəsiyi deyil. Amma bu qısa dövrdəSənaye Parkının ərsəyə gətirilməsi və burada rezidentlər tərəfindənxidmət və istehsal sahələrinin fəaliyyətə başlaması istiqamətindəxeyli iş görülmüşdür.

Hazırda Sənaye Parkının əsas rezidentlərindən biri “Avto LizinqAzərbaycan” MMC tərəfindən yaradılan texniki servis mərkəzidir.Məlum olduğu kimi işğaldan azad edilmiş ərazilərimizdə aparılandinamik bərpa və quruculuq prosesi texniki xidmətlərə tələbatı daartırmışdır. Bu baxımdan yük avtomobilləri, habelə kənd təsərrüfatıtexnikalarına xidmət məqsədilə “Araz Vadisi İqtisadi Zonası” SənayeParkında belə bir servis mərkəzinin yaradılması mühüm əhəmiyyətkəsb edir.

Servis mərkəzinin təməli 2021-ci il oktyabrın 4-də Prezidentİlham Əliyevin iştirakı ilə qoyulmuş, yaradılması üçün qısamüddətdə intensiv işlər görülmüşdür. 2023-cü il iyunun 17-dəAzərbaycan Prezidenti cənab İlham Əliyev və Rusiya FederasiyasıTatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovun iştirakı iləservis mərkəziin açılışı olmuşdur. 3 hektarlıq ərazini əhatə edənservis mərkəzində yük avtomobilləri və kənd təsərrüfatıtexnikalarına peşəkar xidmət göstərilməsi üçün hər bir texnikiimkan vardır.

Ötən il “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “HolcimAzərbaycan” ASC-nin, “Az-Tex-Import” MMC-nin, “Improtex QarabağSənaye Kompleksi” MMC-nin müəssisələrinin təməlləri qoyulmuşdur.Bunlar təsdiq edir ki, Sənaye Parkı respublikamızın biznesdairələrinin maraq dairəsindədir.

*

Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevinrəhbərliyi ilə hərb meydanında qazandığımız zəfərlər bu günquruculuq və diplomatiya sferalarında uğurla davam etdirilməkdədir.Belə ki, Azərbaycanın üstün mövqeyi ilə aparılan sülh danışıqlarıprosesi, Qarabağ və Şərqi Zəngəzurdakı sürətli bərpa və quruculuqişləri bir daha Prezident İlham Əliyevin qətiyyətli, uzaqgörən vəmüdrik siyasətini və Azərbaycanın qalibiyyətini bütün dünyayanümayiş etdirir. Əminik ki, ərazi bütövlüyünün bərpasından sonratarixinin və inkişafının yeni mərhələsinə qədər qoyanrespublikamızın Prezident İlham Əliyevin rəhbərliyi ilə yeniyüksəliş və şərəf salnaməsi yazılacaq.

Xanlar Fətiyev
Millət Vəkili

Chosen
7
1
az.trend.az

2Sources