EN

Ağdərədə kütləvi məzarlığa baxış

“İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusundakı beynəlxalq konfransın iştirakçıları Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri ilə birgə Ağdərə rayonunun Sırxavənd kəndində aşkarlanmış kütləvi məzarlığa baxış keçiriblər.

Məzarlıqda Birinci Qarabağ müharibəsində itkin düşmüş 15-ə yaxın şəxsə aid meyit qalıqları aşkar edilib. Qonaqlara məlumat verilib ki, bir ay ərzində burada 6 nöqtədə qazıntı işləri aparılıb və insan sümüklərinin qalıqları aşkarlanıb. Ərazidə digər insan qalıqlarının olması da ehtimal edilir.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun üzvü Zaur İsmayılov jurnalistlərə açıqlamasında deyib: “Şahidlərin ifadələrinə əsasən, burada içərisində beş hərbçi və bir tibb bacısının olduğu hərbi yük avtomobili vurulub. Həmin yerdə bu qalıqlar aşkarlanıb. Ehtimal olunur ki, qalıqlar həmin adamlara məxsusdur. Burada hərbi avtomobilin qalıqları da aşkarlanıb. Bu ərazidə, ümumilikdə, 4 kütləvi və 2 fərdi məzarlıq aşkar edilib”.

Qonaqlar ərazidən tapılan minaların zərərsizləşdirilməsi prosesini də izləyiblər.

XQ

Chosen
4
6
xalqqazeti.az

10Sources