EN

Türkiyənin ədliyyə naziri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib - Foto

Türkiyənin ədliyyə naziri Yılmaz Tunç Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib...

Poliqon xəbər verir ki, türkiyəli nazir daha sonra Şəhidlər xiyabanını və Türk şəhidliyini ziyarət edib.

Ziyarətdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, səfirliyin əməkdaşları, həmçinin burada fəaliyyət göstərən azərbaycanlı ictimai xadimlər iştirak ediblər.

Qeyd edək ki, Türkiyənin ədliyyə naziri Yılmaz Tunç və onu müşayiət edən nümayəndə heyəti Bakıda səfərdədir. Səfər çərçivəsində iki ölkə arasında ədliyyə sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunacaq.

Fotolar

Poliqon.info 

Chosen
13
5
poliqon.info

6Sources