ABŞ-ın şərq və cənubundakı limanlarda çalışan işçilərin tətili üçüncü gündə həmkarlar ittifaqı ilə işəgötürənlərin əməkhaqqı ilə bağlı müvəqqəti razılığa gəlməsi ilə başa çatıb.

İndex.az xəbər verir ki, verilən açıqlamaya görə, müqavilə ilə bağlı danışıqlarda vaxt qazanmaq üçün tərəflər mövcud müqaviləni 15 yanvar 2025-ci il tarixinə qədər uzadıb.

Bununla yanaşı, həll olunmamış məsələləri müzakirə etmək üçün sövdələşmə masasına qayıtmaq barədə razılığa gəlindiyi və bütün işlərin bu çərçivədə aparıldığı qeyd edilib.

ABŞ mətbuatında çıxan xəbərlərdə bildirilib ki, müvəqqəti razılaşmaya görə, növbəti 6 ildə təxminən 61,5%-lik maaş artımı olacaq.