EN

“Fermerlərin məhsulunu yüksək keyfiyyətini saxlamaqla Rusiya bazarlarına çatdırırıq” -“Shark Logistics” şirkətinin rəhbəri

“Azərbaycan iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatı məhsullarının istehsalçı üçün sərfəli şəkildə təyinat nöqtəsinə çatdırılması bizim başlıca vəzifəmizdir”

“Qafqazinfo” xəbər verir ki, bunu “Shark Logistics” şirkətinin direktoru Amid İbadov bildirib.

Azərbaycan meyvə-tərəvəzinin əsas alıcısı olan Rusiyanın əksər şəhərlərinə çatdırmalar edən şirkətin rəhbəri məhsulun xüsusiyyəti və müştərinin istəyi əsasında “Shark Logistics” avtomobillərinin ən uzaq şəhərlərə də qısa zamanda çata bildiyini vurğulayıb.

“Yük çiyələk, gilas, xurma kimi tez əzilən məhsullar olduqda, yaxud da müştəri zamanlama ilə bağlı təcili tələb qoyduqda əsas sürücü ilə birlikdə köməkçi sürücü də yola düşür və yük təyinat ünvanına ən qısa vaxtda çatır” – daşıma şirkətinin rəhbəri əlavə edib.

Logistika şirkətinin direktoru qeyd edib ki, qiymət və zaman fermer məhsullarının xarici bazarlara daşınması üçün vacib tələblərdir:

“Dəyər zəncirinin əsas halqası olan daşıma məhsulun maya dəyərinə təsir göstərən amillərdəndir – doğru təşkil edilmiş logistika aqrar məhsul istehsalçısına daha çox gəlir gətirir”.

Daşıma şirkətinin rəhbərinin sözlərinə görə, “Shark Logistics” müştərilərinə GPS (Global Positioning System) vasitəsilə yüklərini bütün səfər boyu izləmək, soyuducunun temperaturuna nəzarət etmək imkanı verir. Bununla “Shark Logistics” müştəriləri yüklərin keyfiyyətli daşındığına əmin olurlar. Məhsulların keyfiyyətli daşınmasına zaman və temperaturla yanaşı, avtomobillərin sazlığı və təmizliyi də zəmanət verir.

“Hər bir sifariş tamamlandıqdan sonra avtomobillərimiz texniki baxışdan keçirilir, hər hansı nasazlıq aşkar edilərsə, aradan qaldırılır, avtoyuma məntəqələrinə aparılaraq yuyulur və dezinfeksiya edilir. Yalnız bundan sonra maşınlar sifariş üçün yük məntəqəsinə göndərilir” – “Shark Logistics”in direktoru Amid İbadov bildirib.

Qeyd edək ki, “Shark Logistics” şirkəti 2014-cü ildən beynəlxalq yüklərin daşınması sahəsində fəaliyyət göstərir. 150-yə yaxın TIR modeli avtomobilinə malik şirkət həm Azərbaycana, həm də Azərbaycandan sürətli və təhlükəsiz daşımalar həyata keçirir.




Chosen
9
qafqazinfo.az

1Sources