Bakı. Trend:
Dünya bazarlarında Azərbaycanın "Azeri Light" markalı neftininqiyməti əvvəlki göstərici ilə müqayisədə 3,15 dollar artaraq 80,04dollar/barel olub.
Trend xəbər verir ki, ICE London qitələrarası birjasındakeçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftininixracına dair 2024-cü ilin noyabr müqaviləsinin dəyəri 1 bareləgörə 77,95 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin ortaqiyməti 75 ABŞ dollarından hesablanıb.