AZ

Azərbaycan neftinin qiyməti 80 dolları ötüb

Bakı, TurkicWorld

Dünya bazarlarında Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 3,15 dollar artaraq 80,04 dollar/barel olub.

TurkicWorld xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2024-cü ilin noyabr müqaviləsinin dəyəri 1 barelə görə 77,95 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

Seçilən
1
1
turkic.world

2Mənbələr