EN

Rihannadan Diddinin əxlaqsız partilərində iştirakına reaksiya

Dünya pop səhnəsinin ulduzu Rihanna hazırda həbsdə olan repçi Pi Diddinin (əsl adı Şon Kombs) seks partilərinə qatılmaq barədə suallara reaksiya verib.

OLAY yazır ki, sosial tədbirlərdə dəfələrlə repçi ilə yolları kəsişən Rihanna jurnalistlərin sualından yayına bilməyib.

Riri qeyri-müəyyən bir emosiya ifadə edib. 

Jurnalistlərdən birinin “Diddinin hansısa məclislərində olmusunuz? O, hər hansı bir dəhşətin ortağı idimi?” suallarına Rihanna gülümsəyərək “Bu dəlilikdir” qısa cavab verib.

Xatırladaq ki, Pi Diddinin qurbanlarından birinin zorlama zamanı cəmi doqquz yaşında olmasının üzə çıxması ictimaiyyəti sözün əsl mənasında dəhşətə gətirib.

Qeyd edək ki, Pi Diddi seks alveri, fırıldaqçılıq və ya məcburetmə və seks işçilərinin daşınmasını təşkil etməkdə ittiham edilərək həbs edilib. Repçi ittihamları boynuna almır. O, 50 milyon dollar dəyərində zaminə buraxılmaq istəyib, lakin bu hüququndan məhrum edilib. Diddi qaldığı həbsxanada zəhərləməyə çalışacaqlarından qorxduğu üçün indi aclıq aksiyası keçirir.

Chosen
28
1
olay.az

2Sources