EN

Azərbaycanda futbolçu xəstəxanalıq OLDU

Futbol üzrə Azərbaycan Çempionatının birinci dəstəsində keçirilən oyun zamanı "Mingəçevir" futbol komandasının oyunçusu xəstəxanalıq olub.

“Yeni Sabah” "Unikal"a istinadən xəbər verir ki, hadisə şəhər stadionunda keçirilən "Mingəçevir" və "Zaqatala" komandalarının matçında baş verib.

Qonaq komandanın oyunçusu ilə toqquşan "Mingəçevir" komandasının oyunçusu Tural Məmmədzadə baş nahiyəsindən ciddi xəsarət alıb. Yerindəcə tibbi yardım göstərilən oyunçu daha sonra xəstəxanaya çatdırılıb. vakansiya

Qeyd edək ki, oyun 2:3 hesabı ilə qonaq komandanın qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin vurulan qollardan birinin müəllifi olan Tural Məmmədzadə vuruğu qoldan bir dəqiqə sonra başından yaralanaraq xəstəxanalıq olub.


Telegram kanalımız
Chosen
16
16
yenisabah.az

10Sources