EN

Kim Çen In nüvə silahından istifadə edəcəyini bəyan edib

Kim Çen In Şimali Koreyaya hücum ediləcəyi təqdirdə bütün mövcud silahlardan, o cümlədən nüvə silahından istifadə etməkdən çəkinməyəcək...

Şimali Koreya lideri Kim Çen In Koreya Xalq Ordusunun xüsusi təyinatlılarının təlim bazasına baş çəkib və burada keçirilən təlimləri müşahidə edib.

Poliqon xəbər verir ki, bu təlim bazasında Kim Çen In bəyan edib ki, Şimali Koreyaya hücum ediləcəyi təqdirdə bütün mövcud silahlardan, o cümlədən nüvə silahından istifadə etməkdən çəkinməyəcək.

Təlim oktyabrın 2-də baş tutub. KXDR lideri Cənubi Koreya prezidenti Yun Sok Yolu “kukla” adlandırıb və Cənubi Koreya hakimiyyəti ilə ABŞ arasında nüvə ittifaqını tənqid edib.

“Əgər ifrat axmaqlığa və ehtiyatsızlığa düşmüş düşmənlər bizim dəfələrlə etdiyimiz xəbərdarlıqlara məhəl qoymasalar və Cənubi Koreya və ABŞ-ın müttəfiqliyinə güvənərək, KXDR-in suverenliyini pozmaq üçün güc tətbiq etməyə çalışsalar, biz mərhəmət göstərməyəcəyik”, deyə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) Kim Çen Indan sitat gətitib.

Həmçinin Kim Çen In Şimali Koreya alimlərini “nüvə təhlükələrinə cavab verə bilmək” üçün nüvə materiallarının istehsalını artırmağa çağırıb.

Qeyd edək ki, oktyabrın 1-də Cənubi Koreya silahlı qüvvələrin yaranmasının 76-cı ildönümünü qeyd edib və bu münasibətlə Seulda genişmiqyaslı hərbi parad keçirilib. Prezident Yon Sok Yol söz verib ki, əgər Pxenyan ölkəsinə qarşı nüvə silahından istifadə etməyə cəhd etsə, Cənubi Koreya və ABŞ-ın cavabı “həlledici və heyrətləndirici” olacaq.

Poliqon.info

Chosen
23
1
poliqon.info

2Sources