EN

Qərbi Balkan ölkələri vətəndaşlarını Yaxın Şərqdən təxliyə edir

Qərbi

Sarayevo, 4 oktyabr, AZƏRTAC

Qərbi Balkan regionu ölkələri Yaxın Şərqdə artan gərginlik və böhran fonunda öz vətəndaşlarını münaqişə zonasından təxliyə etməyə hazırlaşır.

AZƏRTAC xəbər verir ki, indiyədək iki Bosniya və Herseqovina vətəndaşının Livanı tərk etmək üçün kömək istədiyi bildirilib. Bunun üçün lazımi tədbirlərin görüldüyü, Livandakı daha 6 Bosniya və Herseqovina vətəndaşının təxliyə tələb etmədiyi qeyd olunub. Bosniya və Herseqovinanın Tehrandakı səfirliyinin məlumatına görə, İrandakı bütün vətəndaşlar, o cümlədən bir neçə ailə, idmançı və tələbələr təhlükəsizdir və təxliyə tələb edilməyib.

Serbiyanın Livandakı Səfirliyi bu ölkədə yaşayan serblərə daha təhlükəsiz ərazilərə getməyi və ya ölkəni tərk etməyi tövsiyə edib. Livandan təxliyə olunacaq Serbiya vətəndaşlarının siyahısının hazırlandığı bildirilib. Beyrutdakı səfirlikdə təxminən 115 Serbiya vətəndaşı və onların yaxın qohumlarının 50-60 üzvünün qeydiyyatda olduğu açıqlanıb.

Şimali Makedoniyanın Xarici İşlər Nazirliyi də vətəndaşlara Livan və İrana, eləcə də İsrailə səyahət etməmək barədə xəbərdarlıq edib. Nazirlik Livan, İsrail, İran və bölgədəki vəziyyətin yaxından izləndiyi, təxliyə tələb edən vətəndaşlarla bağlı lazımı tədbirlərin görüləcəyini açıqlayıb.

Monteneqro hökuməti isə ölkənin Livan və İranda vətəndaşlarının olub-olmaması və onların mümkün təxliyəsi barədə məlumat açıqlamayıb.

 
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri

Sarayevo

Chosen
66
1
azertag.az

2Sources