EN

Cəbrayıl şəhərinin işğaldan azad olunmasından 4 il ötür

Bakı. Trend:

Bu gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 4 ilötür.

Trend xəbərverir ki, sentyabrın 27-də başlayan Azərbaycan Ordusunun sürətliəks-hücum əməliyyatları nəticəsində ardıcıl olaraq düşmənintorpaqlarımızda qurduğu müdafiə-istehkam xətləri darmadağınedilib.

4 oktyabr 2020-ci il tarixdə Prezident İlham Əliyev AzərbaycanOrdusunun Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldanazad etdiyini açıqlayıb. Cəbrayıl şəhəri ilə birlikdə rayonunKarxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu,Decal, Mahmudlu və Cəfərabad kəndləri düşməndən geri alınıb.

Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığıSərəncama əsasən, hər il oktyabrın 4-də Cəbrayıl Şəhəri Günü qeydolunur.

Xatırladaq ki, 2020-ci il 27 sentyabr tarixində Cəbrayılrayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabr tarixindəMehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4oktyabr tarixində Cəbrayıl şəhəri və rayonun 9 kəndi – Karxulu,Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, YuxarıMaralyan və Decal kəndləri işğaldan azad olunub. Cəbrayıl rayonununərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1şəhər və 90 kənd işğaldan azad edilib.

2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə”medalı təsis olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə nəticələnənşanlı Vətən müharibəsində Cəbrayıl əməliyyatının əhəmiyyəti, eynizamanda, ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra o vaxtişğal altında olan digər rayonlara uğurlu əks hücum mümkün oldu.Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənubkəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbiəməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Üstəlik,Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsiişğalçılardan azad edildi.

Chosen
20
3
az.trend.az

8Sources