EN

Yaxın Şərqdə gərginlik pik həddə: Ekspert qlobal neft böhranı proqnozlaşdırır

"Yaxın Şərqdə alovlanan münaqişə səbəbindən Hörmüz boğazının bağlanması qlobal enerji böhranına səbəb olacaq". 

Valyuta.az xəbər verir ki, bunu Rusiya Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı analitiki İqor Yuşkov gazeta.ru-ya bildirib.

Onun sözlərinə görə, qlobal neft ticarətinin 20%-i hər gün Hörmüz boğazından keçir.

"Boğaz bağlanarsa, Səudiyyə Ərəbistanı, Küveyt, İraq, Birləşmiş Ərəb Əmirlikləri və İranın nefti bağlanacaq. Və bu ssenaridə mayeləşdirilmiş təbii qazın (LNG) qlobal ticarətinin 20%-i dayanacaq. Amma biz hələ belə bir ssenari görmürük. Bu, həqiqətən də İrandakı mövcud siyasi rejimin tamamilə dayandırılması, tamamilə məhv edilməsi təhlükəsi olmalıdır. İranın neft ixracı hazırda gündə təxminən 1,7 milyon barel təşkil edir”, deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, bu ixracatın ən azı yarısı İsrailin hücumları ilə sıradan çıxsa, dünya bazarında kifayət qədər ciddi neft qıtlığı yaranacaq. "Bu halda Brent standart Şimal dənizi neftinin bir barelinin qiyməti 90 dollar və daha yüksək səviyyəyə qalxacaq", deyə Yuşkov bildirib. 

O, bu ssenarini Rusiya üçün faydalı adlandırıb: "Rusiya Federasiyasında neftin qiymətinin qalxması faydalıdır, lakin qadağanedici deyil, çünki yanacağın həddən artıq yüksək qiyməti tələbi öldürməyə başlayır. Rusiya üçün optimal səviyyə Brent markalı neftin bir barreli üçün 80-90 dollar arası dəhlizdir".

Yuşkov vurğulayıb ki, neft bazarı Yaxın Şərqdəki hadisələrə daha çox ehtiyatla reaksiya verir:

"İran dəfələrlə bəyan edib ki, İsrailə ağır zərbə vuracaq və ölkələr sanki zərbələr mübadiləsi etməyə başlayıblar, lakin bu, tez bir zamanda aradan qalxıb. Bu, artıq bir neçə dəfə baş verdiyindən, maliyyə bazarı buna öyrəşib və indi hətta birbaşa zərbələrin mübadiləsi də münaqişənin eskalasiyası hadisələrinin yüksək ehtimalı kimi qəbul edilmir".

Oktyabrın 1-də İran İsrailə 200-ə yaxın raket zərbəsi endirib. Təl-Əviv Tehranın nüvə obyektlərinə hücum istisna olmaqla, yaxın gələcəkdə bu zərbəyə cavab verməyə hazırlaşır.

Paşa Məmmədli
 

Chosen
5
1
valyuta.az

2Sources