EN

Bayden İsrailin İrana cavab zərbəsi planını açıqlayıb

ABŞ və İsrail raket hücumuna cavab olaraq İranın neft obyektlərinə hücum imkanlarını müzakirə edirlər.

Oxu24.com Reuters -ə istinadən xəbər verir ki, bu barədə Amerika lideri Co Bayden bildirib.

“Biz bunu müzakirÉ™ edirik. DüşünürÉ™m ki, bu, çox olmayacaq”, - deyÉ™ ABÅž prezidenti jurnalistlÉ™rin müvafiq sualına cavab verib.

Eyni zamanda Bayden vurğulayıb ki, oktyabrın 3-də İsrail Müdafiə Qüvvələri (IDF) İrana heç bir zərbə endirməyəcək.

Bayden daha əvvəl bildirmişdi ki, İsrailin raket hücumlarına cavab olaraq İranın nüvə obyektlərinə zərbələr endirməsi məsləhət görülmür. Amerika lideri həmçinin əlavə edib ki, o, yaxın vaxtlarda İsrailin baş naziri Benyamin Netanyahu ilə mövcud vəziyyəti müzakirə etmək üçün danışmağı planlaşdırır.

 

Miri

 

Chosen
19
50
oxu24.com

10Sources