EN

Kursk qubernatoru Ukrayna PUA-sının AES-ə hücum cəhdini təsdiqləyib

Rusiyanın Kursk vilayətinin Kurçatov rayonunda Ukraynanın təyyarə tipli pilotsuz uçuş aparatı vurulub.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Kursk vilayətinin qubernatoru Aleksey Smirnov bildirib.

Onun sözlərinə görə, PUA-nın radioelektron mübarizə vasitələri ilə zərərsizləşdirilməsi nəticəsində dron Kursk AES-ə aid olmayan köməkçi tikiliyə düşüb. Nəticədə partlayış baş verib.

Qubernator hazırda təcili yardım xidmətlərinin hadisə yerində olduğunu söyləyib.

Chosen
22
apa.az

1Sources