EN

Unai Emeri “Bayern” üzərində qələbəni şərh etdi

“Aston Villa”nın baş məşqçisi Unai Emeri Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda “Bayern”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, İngiltərə təmsilçisi Almaniya nəhəngi ilə ev oyununda qələbəyə (1:0) sevinib.

İspan mütəxəssis matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Biz Avropada müntəzəm surətdə rəqabət aparmaq üçün kifayət qədər sabit olmaq istəyindəyik. Çox yaxşı mübarizə apardıq və qalib gəldik. Ola bilsin ki, ilk səkkizliyə düşə bilək.

Belə komandalarla oyunda güclü olmaq çox vacibdir. Emiliano Martines inanılmaz qurtalışlar edərək inanılmaz iş gördü.

Biz Con Duran ilə işləyirik. Ən vacib cəhət onun münasibətidir: 90, 60, 30 dəqiqə oynamağa hazırdır. O, oyununun hər dəqiqəsinə diqqət yetirir. Bu gün iki çox yaxşı hücumçumuz vardı. Bu, onun özü və komanda üçün fantastik məqamdır”, deyə Unai Emeri vurğulayıb.

2-ci turdan sonra “Bayern” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin yarış cədvəlində 3 xalla 16-cı pillədə qərarlaşıb. “Aston Villa” isə 6 xalla 6-cı pillədədir.

Chosen
48
arena.az

1Sources