EN

Rumıniya Ukraynaya “Patriot” sistemi göndərib

Rumıniya

Rumıniya Ukraynaya “Patriot” raketdən müdafiə sistemi hədiyyə edib. Bunu Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib və Rumıniya Müdafiə Nazirliyi təsdiqləyib.

Reyting.az
bildirir ki, V. Zelenski oktyabrın 2-də axşam saatlarında “X” sosial şəbəkəsində hava hücumundan müdafiənin gücləndirilməsində göstərdikləri köməyə görə müttəfiqlərə təşəkkür edib:

“Patriot” sistemlərinə görə Rumıniyaya xüsusi təşəkkürlər, biz birlikdə daha böyük effektivliyə nail ola, rus terroruna son qoya bilərik”.

Bu gün Rumıniya Müdafiə Nazirliyinin nümayəndəsi Konstantin Spinu “Azadlıq” radiosuna “Patriot” hava hücumundan müdafiə sisteminin artıq Ukraynada olduğunu təsdiqləyib.

ELÇİN
Chosen
14
reyting.az

1Sources