EN

Türkiyə istehsalı olan yeni elektromobil modeli Adanada keçirilən “TEKNOFEST” iştirakçılarına təqdim edilib

Adana, 3 oktyabr, AZƏRTAC

Türkiyənin Adana şəhərinin sakinləri və qonaqlarına yeni yerli TOGG avtomobil modeli təqdim edilib.

AZƏRTAC xəbər verir ki, sedan versiyasında “TF10” avtomobilinin təqdimatı 10-cu “TEKNOFEST-2024” Aviasiya, Texnologiyalar və Kosmonavtika festivalı çərçivəsində baş tutub.

Bursa vilayətinin Gemlik bölgəsindəki avtomobil zavodunun konveyerlərindən düşən ilk TOGG modeli – “SUV T10 X” olub.

Eyni zamanda, TOGG-un “TF10” sedanının ehtiyat gedişi “T10 X” versiyası ilə müqayisədə 80 kilometr çoxdur və 600 kilometrə çata bilər.

Ötən həftə yerli elektromobilin yeni modelinin sükanı arxasına ilk əyləşən Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır olub.

“TOGG” şirkətinin nümayəndələri daha əvvəl bildirmişdilər ki, “TF10” modeli üçün sifarişlər 2025-ci ilin birinci rübündə qəbul edilməyə başlayacaq və sedanlar gələn ilin aprelində konveyerdən çıxacaq.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Adana

Chosen
34
45
azertag.az

10Sources