AZ

TOGG-un sedan variantı təqdim edildi

Türkiyənin Adana şəhərinin sakinləri və qonaqlarına yeni yerli TOGG avtomobil modeli təqdim edilib.

 

Modern.az xəbər verir ki, sedan versiyasında “TF10” avtomobilinin təqdimatı 10-cu “TEKNOFEST-2024” Aviasiya, Texnologiyalar və Kosmonavtika festivalı çərçivəsində baş tutub.

 

Bursa vilayətinin Gemlik bölgəsindəki avtomobil zavodunun konveyerlərindən düşən ilk TOGG modeli – “SUV T10 X” olub.

 

Eyni zamanda, TOGG-un “TF10” sedanının ehtiyat gedişi “T10 X” versiyası ilə müqayisədə 80 kilometr çoxdur və 600 kilometrə çata bilər.

 

Ötən həftə yerli elektromobilin yeni modelinin sükanı arxasına ilk əyləşən Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır olub.

 

“TOGG” şirkətinin nümayəndələri daha əvvəl bildirmişdilər ki, “TF10” modeli üçün sifarişlər 2025-ci ilin birinci rübündə qəbul edilməyə başlayacaq və sedanlar gələn ilin aprelində konveyerdən çıxacaq.

Seçilən
6
4
modern.az

5Mənbələr