EN

Tribunainfo.az 15 illik yubileyini qeyd edir

Bu gün Tribunainfo.az-ın 15 yaşı tamam olur. Sayt 2009-cu ildə təsis olunub.

Tribunainfo.az elektron mətbuatın yeni-yeni yarandığı ilk nümunələrdən biridir.
Bu gün məhdud və fədakar komandası, eləcə də məhdud maliyyə resursları ilə xəbər portalı inkişafdadır, seçilir, operativdir, müasir media trendləri ilə ayaqlaşır.

Tribunainfo.az saytının rəhbəri Əlişir Əhədə və komandasına hər zaman belə dayanıqlı və güclü olmağı arzu edirik.

Ə.Əhədin sözlərinə görə, indiyə qədər məhdud heyət və məhdud maliyyə resursları hesabına qurduğumuz bu media orqanını yaşatmağa çalışmışıq: “Əsas vəzifəmiz obyektiv və operativ xəbər vermək, dövlətin və xalqın milli maraqlarını informasiya cəbhəsində qorumaq, oxucularımızın arzularını ifadə etməkdir. Çox xoşbəxtəm ki, Tribuna ailəsi olaraq bu hədəflərimizin böyük bir hissəsinə çatmışıq.
Birincisi, izləyicilərimizi operativ xəbərlə təmin edirik. İkincisi, milli hədəflərimizə çatmışıq – Xankəndidə bayrağımız ucalır və bu xəbəri çatdırmışıq. Üçüncüsü, insanların istəklərini, problemlərini saytımızda işıqlandıra bilirik. Bu yolda mənə dəstək olan komandama, dostlarıma və dövlətimə minnətdaram. Arzu edirəm ki, Tribuna həmişə xalqın və dövlətin tribunası olsun”.

Chosen
4
7
yenicag.az

10Sources