EN

"Ocaq kuboku"nun ilk günündə fərdi gimnastlar arasında qaliblər müəyyənləşib

Bakı, 3 oktyabr, AZƏRTAC

Bakıda “Ocaq Sport” klubunun təşkilatçılığı ilə bədii gimnastika üzrə 3-cü beynəlxalq “Ocaq kuboku” turnirinə start verilib.

AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən yarışda yerli və xarici klubların kiçikyaşlı gimnastları fərdi proqramda ayrı-ayrı alətlər və çoxnövçülük üzrə bacarıqlarını nümayiş etdirirlər.

Artıq 2015, 2016, 2017, 2018-ci il təvəllüdlü gimnastlar arasında mükafatçılar bəlli olub. Qaliblərə medallarla yanaşı, diplom və hədiyyələr təqdim edilib.

Bu gün həmçinin, 2017-2018-ci il təvəllüdlü gimnastlar qrup hərəkətləri proqramında mübarizə aparacaqlar.

Qeyd edək ki, "Ocaq kuboku"nda 10 ölkəni təmsil edən 37 klubdan 400 fərdi gimnast iştirak edir. Turnirə oktyabrın 6-da yekun vurulacaq.

 

Chosen
12
azertag.az

1Sources