EN

"Uduzduq və məğlubiyyətdən dərs çıxarmalıyıq" - Vensan Kompani

Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda səfərdə "Aston Villa"ya 0:1 hesabı ilə uduzan "Bayern Münhen"in baş məşqçisi Vensan Kompani məğlubiyyəti şərh edib.

Fanat.Az xəbər verir ki, UEFA-nın rəsmi saytı onun sözlərini belə çatdırıb:

"Biz uduzduq və məğlubiyyətdən dərs çıxarmalıyıq. Bu yenilgi turnirin gedişatını dəyişmir. Buna görə də eyni ruhda davam etməliyik. Top bizdədirsə, təhlükəli oluruq. Ancaq "Aston Villa" güclü komandadır. Onlara qarşı səfərdə oynamaq asan deyil".

Xatırladaq ki, bu, "Bayern"in Kompanin rəhbərliyi altında cari mövsüm aldığı ilk məğlubiyyət olub.

Nihat

Chosen
15
fanat.az

1Sources