EN

"Azərbaycan və Ermənistan sülh və əmin-amanlıq şəraitində niyə yaşamamalıdır ki?!"- Karen Şahnazarov

“Hərdən mən qəzəblənirəm ki,  Azərbaycan və Ermənistan sülh və əmin-amanlıq şəraitində niyə yaşamamalıdır ki?!  Axı. ölkələr və xalqlar bir-birindən qaça bilməz. Ona görə də mən dinc yanaşı yaşamanın və yeri gəlmişkən mövcud olmuş  mehriban qonşuluq əlaqələrinin qurulmasının tərəfdarıyam. Sülh naminə keçmiş problemlər unudulmalı və münasibətlər yaxşılaşdırılmalıdır. Qərbin Cənubi Qafqazda nə istədiyi göz qabağındadır. Məncə, məqsəd sadədir, o, öz bazasını Rusiyada deyil, Ermənistanda yerləşdirmək istəyir. Bu, qərblilər üçün böyük hədiyyə olardı. Axı, Cənubi Qafqaz onlar üçün çox vacib yerdir. Qərb yalnız o zaman özünə qala yaradar və bundan sonra Cənubi Qafqaza nəzarət edə bilər. Bu təkcə nəzarətlə bitməyəcək”.

News365.az xəbər verir ki, bunu ictimai xadim, rejissor Karen Şahnazarov Rusiya mətbuatına müsahibəsində deyib. O bildirib ki,  Qərb bu bölgədəki dövlətlərin boğazında sümük olmaq istəyir:

“Qərbin səsləndirdiyi bütün digər səbəblər sadəcə lirizmdir. Guya onalar erməni xalqına arxa durmaq istəyirlər. Bu sadəcə görüntü üçündür. Amma Qərbin hədəfi Xəzər regionuna asan nəzarəti təmin etməkdir.  Onlar bölgə ölkələrini itaətə gətirməyi hədəfləyir. Ermənistanda hərbi baza İran, Azərbaycan, Rusiya və hətta Türkiyə üçün təhlükəyə çevriləcək.  Baxmayaraq ki, Türkiyə NATO ölkəsidir, amma Qərbin yeni bazası ona problem yaradacaq. Qərbdə isə Türkiyəyə inanmırlar və bəyənmirlər. İlk növbədə Qərbin istəkləri bu ölkələrə yönəlib. Sonrakı hədəfsə Rusiyadır. Əgər onlar Ermənistanda baza qura bilsələr, bununla da faktiki olaraq Rusiya Federasiyasını Cənubi Qafqazdan sıxışdırıb çıxaracaqlar. Vəziyyət region ölkələri üçün təhlükəlidir. Ermənistanın özü üçün də Qərblə bu qədər yaxınlaşma yaxşı heç nə vəd eləmir. Nə yazıq ki. İrəvanın bundan nəsə qazanacağına dair bəzi illüziyalar var. Düşünürəm ki, Ermənistan bu məsələdə ancaq məğlub olacaq”.

News365.az

Chosen
22
news365.az

1Sources