EN

“Bu heyətlə çempion olmaq şansımız çox deyil”

Məlum olduğu kimi, 1-ci liqa təmsilçisi “Qaradağ Lökbatan” Azər Həşimovla yolları ayırdı.

3-cü turda “Zaqatala”ya 0:4 hesablı məğlubiyyətdən sonra baş məşqçi ilə birillik müqaviləyə xitam verildi. Artıq “sükan arxasına” Amit Quluzadənin keçdiyi də deyilir.

Bəs necə oldu ki, klub Azər Həşimova inanmayıb gənc mütəxəsislə anlaşdı? Yeni baş məşqçinin qarşısına hansı vəzifə qoyulub?

Təfərrüatı öyrənmək üçün klub rəsmilərindən Vaqif İsmixanovla əlaqə saxladıq:

“İlk üç turun ikisində böyük hesabla məğlub olduq. Bilirsiz ki, ötən il də Azər Həşimov bizim komandada işləyirdi. Ötənilki heyət deyildi, amma komandada müəyyən oyunçular var, oynayırlar. Hər halda, pis məğlubiyyətlər oldu. "Qəbələ"yə məğlubiyyət anlaşılandı, ancaq "Karvan" və "Zaqatala"... Komanda Amit Quluzadəyə həvalə olunub, yeni baş məşqçi odu. Təbii ki, hamı çempion olmaq istəyər. Tək istəklə də olmur, reallığa baxmaq lazımdı. Bu heyətlə çempion olmaq şansımız çox deyil. Belə bir hədəf qoyulmayıb. Ən azı yaxşı oyun nümayiş etdirmək hədəfi var, “Qaradağ Lökbatan” liderlər qrupuna düşmək üçün oynamalıdı”.

RÖYANƏ OĞUZ
Chosen
12
football-plus.az

1Sources