EN

Nazir müavini: Ali məktəblərdə ekoloji təhsilin trayektoriyasına yenidən baxmaq və onu gücləndirmək lazımdır

Tədqiqatlar göstərir ki, 900 mindən çox fauna flora nümunələri məhv olub və bu proses davam edir. Hər il orta temperatur 0,14 dərəcə artır. Bu, davam edərsə, 2100-cü ildə ÜDM 7 faiz azalacaq. Temperatur artımını 0,01 faiz saxlaya bilsək, onun dünya ÜDM–inə təsiri 1 faiz olacaq. Burada günahkar insanlardır. Ekoloji şüur və ekoloji mədəniyyət lazımi səviyyədə deyil. Bu baxımdan təhsilin rolu əvəzsizdir.


AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov Bakı İqlim Fəaliyyəti Həftəsinin dördüncü günündə çıxışı zamanı deyib.


Ekoloji şüur və mədəniyyətin təkcə ali təhsillə formalaşmadığını bildirən nazir müavini fikirlərinə belə davam edib: "Uşaq anadan olandan onun ekoloji şüurunu, mədəniyyətini, düngagörüşünü formalaşdırmaq lazımdır. Sonra məktəbəqədər təhsil olacaqlarında, orta məktəblərdə, ali məktəblərdə ekoloji mədəniyyəti, ekoloji şüuru, dünyagörüşünü formalaşdırmaq mümkündür. Burada ali təhsilin rolu çox böyükdür. Çünki insan kapitalının formalaşmasında ali təhsilin çox mühüm rolu var. Odur ki, ali məktəblərdə ekoloji təhsilin trayektoriyasına yenidən baxmaq və onu gücləndirmək lazımdır. Burada elmin, təhsilin və mədəniyyətin ekoloji təhsilin trayektoriyasına inteqrasiya edilməsi ali təhsil müəssisələrinin əsas vəzifəsidir".


F.Qurbanov Elm və Təhsil Nazirliyinin uşaqların və gənclərin ekoloji şüurunun formalaşması məqsədilə bir sıra tədbirlər keçirdiyini diqqətə çatdırıb.

Chosen
6
1
ekologiya.az

2Sources