EN

Aliu Sisse Seneqal millisindən ayrıldı - Rəsmi

Futbol üzrə Seneqal milli komandasının baş məşqçisi, 48 yaşlı seneqallı mütəxəssis Aliu Sisse postundan ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə Seneqal Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Ölkənin İdman Nazirliyi yığmanın qarşısına qoyulan məqsədə çata bilmədiyi üçün 48 yaşlı mütəxəssislə müqaviləni uzatmaqdan imtina edib.

Xatırladaq ki, Aliu Sisse 2015-ci ildən milliyə başçılıq edirdi. O, 2021-ci ildə Seneqal yığması ilə Afrika Millətlər Kubokunun qalibi olub.

Sisse ölkəsinin yığmasını bütövlükdə 99 oyuna çıxarıb. Milli komanda bu görüşlərdə 64 qələbə qazanıb, 22 heç-heçə edib, 13 məğlubiyyətə üzülüb.

Chosen
7
6
arena.az

7Sources