AZ

Seneqal millisinin baş məşqçisi postundan ayrıldı

Seneqal millisinin baş məşqçisi Aliu Sisse postundan ayrılıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə Seneqal Futbol Federasiyası məlumat yayıb.

Ölkənin İdman Nazirliyi yığmanın qarşısına qoyulan məqsədə çata bilmədiyi üçün 48 yaşlı mütəxəssislə müqaviləni uzatmaqdan imtina edib.

Sisse 2015-ci ildən milliyə başçılıq edir və 2021-ci ildə Seneqalla Afrika Millətlər Kubokunun qalibi olub.

Seçilən
0
6
futbolinfo.az

7Mənbələr