EN

Türkiyədə meşə yanğını baş verdi

Türkiyədə baş verən meşə yanğın yanğınsöndürən qruplarının müdaxiləsi ilə böyümədən söndürülüb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Muğla bölgəsində baş verib.
 
Meşədə yerli saatla 14:00 radələrində yanğın baş verib. Ətrafdakıların 112 Təcili Zəng Mərkəzinə məlumat verməsindən sonra meşə təsərrüfatı qrupları yanğın baş verən əraziyə sövq edilib.
 
Qısa müddətdə əraziyə çatan qrupların müdaxiləsi ilə yanğın nəzarət altına alınaraq böyümədən söndürülüb. 1 dekar əraziyə ziyan vuran yanğının səbəbləri araşdırılır.
 
Oksana
Chosen
9
azxeber.com

1Sources