EN

İqlim maliyyələşdirilməsi maliyyə sektoru üçün yeni imkanlar açır

İqlim maliyyələşdirilməsi maliyyə sektoru üçün yeni imkanlar açır. Bunu  Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Bakı İqlim Həftəsi çərçivəsində keçirilən paneldə çıxışı zamanı bildirib.


"Mövcud risklərə baxmayaraq, artım və inkişaf üçün yeni perspektivlər yaranıb. COP29 çərçivəsində keçirilən cari tədbirlər və görüşlər iqlim dəyişikliyi ilə mübarizədə əsas məqsədlərə nail olmağa kömək edir," — Kazımov qeyd edib.


O bildirib ki,  Bakı İqlim Həftəsin zamanı aparılan müzakirələr həll yolları axtarışı üçün yaxşı platformadır. 


"Bu platforma davamlı inkişaf hədəflərinə çatmaq üçün böyük imkanlar yaradır. Çağırışlara baxmayaraq, maliyyə sektoru iqlim maliyyələşdirilməsi sahəsində innovasiyaların tətbiqi üçün böyük potensiala malikdir," — Kazımov əlavə edib.


Onun sözlərinə görə, bu tədbir təcrübə mübadiləsi aparmaq və maliyyə institutlarına qlobal iqlim dəyişikliyinə uyğunlaşmağa kömək edəcək strategiyalar hazırlamaq baxımından vacibdir.

 

N.Təbrizli


www.anews.az
Chosen
21
anews.az

1Sources