EN

Bu il BMU-ya qəbul olanların 52 nəfəri 600-700 bal arasında nəticə göstərib

Bu

Xırdalan, 3 oktyabr, AZƏRTAC

Bu il Bakı Mühəndislik Universitetinə (BMU) bakalavriat səviyyəsi üzrə qəbul olan abituriyentlərin 265 nəfəri 500-dən yuxarı, 52 nəfəri isə 600-700 bal arasında nəticə göstərib.

Bu barədə AZƏRTAC-a BMU-dan bildirilib. Qeyd olunub ki, 600-dən yuxarı bal toplayaraq BMU-nun tələbəsi adını qazananların hamısı dövlət sifarişi əsasında ingilis dili bölməsində təhsil alacaq. Yüksək nəticə əldə edən tələbələrin 24-ü informasiya təhlükəsizliyi, 12-si kimya mühəndisliyi, 11-i informasiya texnologiyaları, digərləri isə kompüter mühəndisliyi, riyaziyyat və kompüter elmləri ixtisaslarında təhsil almağa üstünlük verib.

BMU-nun bakalavriat səviyyəsinə bu il 36 ixtisas üzrə qəbul aparılıb. İki dəfə artan qəbul planı əsasında Azərbaycan bölməsi (əyani) üçün 1540, qiyabi təhsil forması üzrə 220, ingilis bölməsi (əyani) üzrə 525 yer ayrılıb və qəbul planı 95 faiz dolub.

 

Chosen
13
4
azertag.az

5Sources