Bu il Bakı MühÉ™ndislik UniversitetinÉ™ (BMU) bakalavriat sÉ™viyyÉ™si üzrÉ™ qÉ™bul olan abituriyentlÉ™rin 265 nÉ™fÉ™ri 500-dÉ™n yuxarı, 52 nÉ™fÉ™ri isÉ™ 600-700 bal arasında nÉ™ticÉ™ göstÉ™rib.Â
Adalet.az xəbər verir ki, 600-dən yuxarı bal toplayaraq BMU tələbəsi adını qazananların hamısı dövlət sifarişi əsasında ingilis dili bölməsində təhsil alacaq. Yüksək nəticə əldə edən tələbələrin 24-ü informasiya təhlükəsizliyi, 12-si kimya mühəndisliyi, 11-i informasiya texnologiyaları, digərləri isə kompüter mühəndisliyi, riyaziyyat və kompüter elmləri ixtisaslarında təhsil almağa üstünlük verib. Onlar haqqında ətraflı məlumatı qeyd olunan link vasitəsilə əldə etmək mümkündür: https://beu.edu.az/az/high_scoring_student/2024
Qeyd edək ki, bu il BMU-nun bakalavriat səviyyəsinə 36 ixtisas üzrə qəbul həyata keçirilib, iki dəfə artan qəbul planı əsasında Azərbaycan bölməsi (əyani) üçün 1540, qiyabi təhsil forması üzrə 220, ingilis bölməsi (əyani) üzrə 525 yer ayrılıb və qəbul planı 95 faiz dolub.