EN

Talassemiya Mərkəzində həm böyüklər, həm də pediatrik xəstələr üçün  stasionar şöbə yaradılıb

Talassemiya Talassemiya Mərkəzində həm böyüklər, həm də pediatrik xəstələr üçün

“Səhiyyə Nazirliyinin böyük dəstəyi ilə hazırda Talassemiya Mərkəzində təmir-tikinti işləri aparılır. Artıq təmir işləri bitmək üzrədir. Bu aydan etibarən Transplantasiya Mərkəzi yeni təmirdən çıxmış vəziyyətdə fəaliyyət göstərəcək”.

E-saglam.az xəbər verir ki, bunu AZƏRTAC-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin direktor müavini Səhər İsmayılova bildirib.

S.İsmayılova təmirdən sonra Talassemiya Mərkəzində sümük iliyi transplantasiyasına aid palataların sayının 5-dən 6-ya qədər artırıldığını qeyd edib.

“Təmirdən sonra həm böyüklər, həm də pediatrik xəstələr üçün stasionar şöbə yaradılıb, intensiv terapiya və reanimasiya şöbəsinin açılışı planlaşdırılır”, - deyə direktor müavini vurğulayıb.

E-saglam.az

Chosen
7
2
e-saglam.az

3Sources