EN

Pezeşkian Qətərdə HƏMAS rəhbəri ilə görüşüb

Qətərdə səfərdə olan İran prezidenti Məsud Pezeşkian HƏMAS-ın nümayəndə heyəti ilə bir araya gəlib. 

Missiya.Az “Mashregh News”a istinadən xəbər verir ki, görüşdə HƏMAS-ın Siyasın Bürosunun rəhbəri Məhəmməd İsmayıl Dərviş və hərəkatın digər üzvü Xalid Məşəl də iştirak edib. 

Söhbət zamanı Pezeşkian bildirib ki, İsrail ən kiçik səhvə yol versə, daha sərt və güclü cavab alacaq. 

Qeyd olunub ki, HƏMAS rəhbəri İranın hərəkatla münasibətlərini dərin və möhkəm əlaqələr adlandırıb. Xalid Məşəl isə öz növbəsində dəstəyinə görə İrana təşəkkür edib. 

Daşqın HəsənovMissiya.Az

Chosen
11
missiya.az

1Sources