EN

Xarici qonaqlar Sırxavənd kəndində aşkarlanmış kütləvi məzarlığa baxış keçiriblər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin "həqiqəti bilmək" hüququnun dəstəklənməsi" mövzusundakı beynəlxalq konfransın iştirakçıları Azərbaycanda akkreditə olunmuş diplomatik korpusla birgə Ağdərə rayonunun Sırxavənd kəndində aşkarlanmış kütləvi məzarlığa baxış keçiriblər.
"Report"un məlumatına görə, kütləvi məzarlıqda Birinci Qarabağ müharibəsində itkin düşmüş 15-ə yaxın şəxsə aid meyit qalıqları aşkar edilib.
Bildirilib ki, bir ay ərzində burada qazıntı işləri aparılıb. Altı nöqtədə axtarış işləri aparılaraq insan sümüklərinin qalıqları aşkarlanıb. Ərazidə digər insan qalıqlarının olması da ehtimal edilir.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (Dövlət Komissiyası) İşçi Qrupun üzvü Zaur İsmayılov jurnalistlərə açıqlamasında qeyd edib ki, Birinci Qarabağ müharibəsi dövründə Ağdərə rayonu ərazisində qızğın döyüşlər gedib:
"Həmin döyüşlərdə xeyli hərbçimiz həlak olub. Həlak olan hərbçilərin əksəriyyətinin meyitlərini döyüş meydanından çıxarmaq mümkün olmayıb. Onlar itkin kimi Dövlət Komissiyasında qeydiyyata alınıblar".
Onun sözlərinə görə, şahidlərin ifadələrində qeyd ediblər ki, burada içərisində beş hərbçi və bir tibb bacısının olduğu hərbi yük maşını vurulub:
"Həmin yerdə də bu qalıqlar aşkarlanıb. Ehtimal olunur ki, qalıqlar həmin adamlara məxsusdur. Burada hərbi maşının qalıqları da aşkarlanıb. Bu ərazidə ümumilikdə dörd kütləvi və iki fərdi məzarlıq aşkarlanıb".
Qeyd edək ki, oktyabrın 2-də Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (Dövlət Komissiyası) və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə "İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin "həqiqəti bilmək" hüququnun dəstəklənməsi" mövzusunda növbəti beynəlxalq konfrans təşkil olunub.
Chosen
21
28
oxu.az

10Sources