EN

İsrail İranın neft obyektlərinə zərbə endirməklə, onu iqtisadi cəhətdən çökdürməyi düşünür – “Financial Times”

“Financial Times” qəzeti mənbəyə istinadən yazır ki, İsrail İranın hücumuna cavab hazırlayır.

Nəşrin həmsöhbətlərdən biri qeyd edib ki, “iqtisadi zərbə” getdikcə güclənir. Onun sözlərinə görə, İsrail İslam Respublikasının neft obyektlərinə, İsrail ərazisini atəşə tutan raket qurğularına zərbə endirə bilər. Onların fikrincə, Qərb bunda israrlıdır.

Nəşr əlavə edir ki, Qərb ölkələrinin fikrincə, İranın raket qurğularına zərbə endirilməsi yeni cavab silsiləsi yaratmayacaq. İsrail həmçinin İranın yüksək rütbəli məmurlarına qarşı hücumları da nəzərdən keçirir.

//Samir Qurbanov, Editor.az

 

Chosen
22
editor.az

1Sources