EN

Karbon artımı daşqınları da çoxaldıb

İqlim dəyişikliyi ilə mübarizədə ölkələr və icmalar birgə adaptasiya tədbirləri həyata keçirməlidirlər. Həmin tədbirlər müxtəlif formalarda tətbiq edilə bilər. Bu, təkcə hökumətin, aidiyyəti qurumların deyil, vətəndaşların və özəl sektorun da məsuliyyətidir.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən sessiyada çıxışı zamanı bu fikrini davam etdirərək ötən il Azərbaycanda temperatur anomaliyasının 1,9 dərəcə olduğunu deyib: “Ölkəmizdə son illərdə daşqınların sayının xeyli artdığını xüsusi qeyd etmək lazımdır. Ötən il 147, bu ilin ötən dövründə isə 100-dən çox belə hadisə qeydə alınıb”.

Chosen
13
xalqqazeti.az

1Sources