EN

Məktəblərdə bullinq halları: Valideynlər övladlarına nəyi öyrətməlidir? – VİDEO

Ötən tədris ili məktəblərdə baş verən bir sıra bullinq halları ilə yadda qaldı. Təhsil müəssisələrində, xüsusən orta məktəblərdə şagirdlər arasında zorakılıq, psixoloji təzyiq və zorakılıq halları müşahidə edildi. Bu hallar bəzən sosial media üzərindən də yayılaraq, ciddi müzakirələrə səbəb oldu. Bəs yeni tədris mövsümündə belə halların qarşısının alınması üçün valideynlərin övladlarına məktəbəqədərki tərbiyəsi necə olmalıdır?

Mövzu ilə bağlı Yenicag.az-a vidoemüsahibəsində psixoloq Fidan Nizamova deyib ki, valideynlər övladlarını rinqə, döyüşə deyil, sosial məkana göndədiklərini anlamalıdır.

Onun sözlərinə görə, valideynlər övladlarına ünsiyyət, münasibət qurmağı öyrətməlidirlər.

Ətraflı videonu təqdim edirik:

İsmayıl Bakuvi
Samir Məcidov
Məsimə Məmmədova

Chosen
16
yenicag.az

1Sources